Rəşad Dağlıya görə prokurorluğun qarşısında izdiham yaşanıb - VİDEO

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı (Əmirov) Qaradağ rayon Məhkəməsinə gətirilib.

APA xəbər verir ki, hakim Teymur Qurbanovun sədrliyi ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılır.

İstintaq orqanından Rəşad Əmirov barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.

Qeyd edək ki, Rəşad Dağlı Qaradağ Rayon Prokurorluğundan məhkəməyə aparılıb. Bu zaman prokurorluğun qarşısızda izdiham yaşanıb.

10.11.2022 20:07
2355