Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova mətbuatı hədələyib.
Musavat.com xəbər verir ki, duş qəbul edərkən çəkilən görüntülərini sosial şəbəkə hesabında paylaşan ifaçı bəzi izləyicilərinin tənqidi ilə üzləşsə də bunu qəbul etməyib.
O, haqqında xəbər yazan mətbuat orqanlarını “vurduracağını” iddia edərək onları təhdid edib:
“Dünən paylaşdığımız baxım videosu çox sevildi, sizdən çox gözəl rəylər aldım. Videodakı məhsullar hansılardır, nə üçündür hamısı ilə bağlı post paylaşacağam.
Burdan 1 manatlıq bəzi saytlara səslənirəm, hansı ki, ondan-bundan pul alırlar ki, 20-30 manat qazansınlar onlara deyirəm ki, bir az ağıllı olun! İndi sizin səhifənizi vurduracağam. 3 manatlıq səhifəniz vardı, o da getdi… Yalvarsanız da səhifənizi açdırmayacağam. Ona görə ağıllı olun, mənə ilişməyin”