Rəqsanənin qızı Aysun: "Deyirlər ki, ayrılmışıq... "  

Rəqsanə İsmayılovanın müğənni qızı Aysun İsmayılova sosial şəbəkədəki son paylaşımı ilə diqqət çəkib.

Musavat.com bildirir ki, gənc sənətçi yeni evləndiyi həyat yoldaşı Eşqin Cəlilovla olan fotosunu paylaşaraq, barələrində yayılan ayrılıq iddialarına bu cür cavab verib:

“Deyirlər ki, ayrılmışıq. Diliniz qurusun”.

Eşqin Cəlilov da öz növbəsində qeyd edib:

“Arzusu ürəyində qalan çox olacaq, qoy desinlər”.

Xatırladaq ki, cütlüyün toy mərasimi bu ilin iyununda keçirilib.

Xalidə Gəray
Musavat.com

21.08.2022 20:19
1819