"Daha çox Rusiyada toylarda oluram. İdarə etdiyim toylar isə axşam saat doqquzdan sonra başlayır və səhər saat beşə kimi davam edir. Bu proqramla yaşadığıma görə, artıq alışmışam".
Musavat.com bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qonaq olduğu "Gül kimi şou" verilişində deyib.
Toy qiymətlərindən söz açan sənətçi bildirib ki, sənətə gəldiyi ilk gündən el şənliklərinə yalnız qonorarını dollar əskinası ilə alır:
"Hazırda Rusiyada müharibə şəraitidir. Amma Rusiyaya gedib gəlirəm. Deyim ki, sırf Moskvadan Bakıya köçmüşəm, yox. Efirlərə çıxmaq üçün darıxdığıma görə Bakıya gəldim. Mən toy qonorarımı heç kimdən gizlətmirəm. Qayda-qanun var. Boynumuz qıldan incədir. Hamımız qoyulan qaydalara riayət etməliyik. Sənətə gəldiyim ilk gündən toylara yalnız dollarla getmişəm. Heç kim də mənə deyə bilməz ki, kimsə mənə manat və ya rus pulu verib. Elə olub ki, dollar düşüb də, qalxıb da, fərq etmir, qonorarım dollardır".
Məclislərdə yarım saat çıxış etmədiyini vurğulayan Rəqsanə toy qiymətində heç kimə endirim etmədiyini deyib:
"Heç zaman da toy qiymətimi aşağa salmamışam. Daha çox yəhudi dostlarımızın məclislərində iştirak edirəm. Elə ailələr var ki, on ildən çoxdur, onların məclislərini idarə edirəm. Belə olan təqdirdə qonorar məsələsini nəzərə alıram. Yəni ayağımı bir başmağa dirəyib demirəm ki, bu pulu mənə verməlisiniz. Onların da mənim qonorarımdan xəbərləri var. Orada 500 və ya 1000 dolların söhbətini edən insan deyiləm. Elə dostlarım da var ki, onlarla heç zaman qonorar və qiymət söhbəti etmirəm. Amma aldığım qonorar necə idisə, indi də elədir. Artıq Azərbaycanda çox məclislərə dəvətlər almışam. Ora musiqiçi ansamblımla gedəcəm. Ümumiyyətlə, mən yarım saatlıq toylara getmirəm".