Rəqsanə Təranənin qızını belə TƏBRİK ETDİ - VİDEO

Həbsdə olan prodüser Təranə Səmədovanın qızı Suelin doğum günü olub.

Müğənni Rəqsanə İsmayılova bununla bağlı paylaşım edib. O, Sueli doğum günündə yalnız buraxmamaq üçün yanında olduğunu bildirib və onu təbrik edib: "Bu gün Suelin ad günüdür. Onu tək qoymamaq üçün Bakıda yanındayam. Ad günün mübarək, gözəl qızım" deyə müğənni paylaşımında qeyd edib.

Xatırladaq ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub. Onun azyaşlı övladı dövlət himayəsində olsa da, yetkinlik yaşına çatmış qızı Suel öz istəyi ilə müğənni Rəqsanə İsmayılovanın yanında qalır./sia.az

20.10.2024 11:33
593