Müğənni Rəqsanə İsmayılova gənc həmkarı Fatiməni məhkəməyə verib.
Musavat.com xəbər verir ki, buna səbəb Fatimənin Rəqsanənənin "İnanımmı?" mahnısını ondan icazəsiz oxumasıdır.
Bu barədə Fatimə "Həmin Zaur" verilişində bildirib. O mahnının bəstəkarı Hikmət Aslanovdan icazə aldığını deyib.
Efir zamanı İsmayılova ilə canlı bağlantı yaradılıb. O Fatiməni mahnısını icazəsiz oxuduğu üçün məhkəməyə verdiyini bildirib.
Ətraflı videoda: