Rəqqasə Renka "Uber"in sürücüsündən şikayətləndi - Söyüş söyüb

Rəqqasə Rəna Ağamuradova (Renka) sifariş etdiyi taksinin sürücüsündən şikayətlənib.

Musavat.com xəbər verir ki, o bu barədə özünün sosial şəbəkə hesabında video paylaşaraq yazıb.

Videodan da görünür ki, sürücü taksidə xanım olmasına baxmayaraq, telefonla danışarkən qeyri-etik ifadələr işlədir.

"Bu da "Uber" taksi. Bütün yolu qışqırır, sonra da söyüş söyməyə başladı. Telefonu söndürəndən sonra üzr belə istəmədi", - rəqqasə bildirib.

Şahanə Rəhimli
Musavat.com

13.08.2024 20:14
873