Rəqqasə Fatimə Fətəliyeva biznesinə görə məhkəməlik olub.
Sənətçi bu barədə verilişlərin birində danışıb.
O bildirib ki, gözəllik mərkəzinin adına görə problem yaşayıb:
“Əvvəl məclislərə rəqqasə kimi gedirdim. Artıq yox. Bu gün böyük bir mərkəzin rəhbəriyəm. İllərdir salonumun adı eynidir. Amma eşitdim ki, məni məhkəməyə veriblər. Dünən də məni məhkəməyə dəvət etmişdilər, bir həftə sonraya təxirə düşdü. İki-üç həftə dedilər ki, bu addan istifadə edə bilməzsiniz, bizim lisenziyamız var. Mən də dedim ki, beş-altı ildir salonun adı belədir. 30-a yaxın işçim var, rəqs məktəbim də oradadır. Mən də adını dəyişdim, öz adımı verdim. İlk dəfə xarici adı vermişdim, dedilər xarici olmaz, adını fərqli qoydum. Çoxunuz gözləyirdiniz ki, Fatimə batacaq”. Amma mən batmayacağam. Qoç bürcüyəm. Axıra kimi gedəcəyəm”.//Olay.az