Rəqqasə Fatimə Fətəliyevanın vəziyyəti yaxşıdır.
Bu barədə Oxu.Az-a Fatimə Fətəliyevanın köməkçisi məlumat verib.
O, qeyd edib ki, hazırda hər şey qaydasındadır:
“Fatimə xanım artıq özünü çox yaxşı hiss edir. Şükürlər olsun ki, hər şey qaydasındadır. Bəli, o, göbələkdən zəhərlənmişdi. Lakin qidanı hər hansı bir restoranda yox, evdə qəbul etmişdi. Xəstəxanadan buraxılıb. Artıq öz işinin başındadır. Özünü daha yaxşı hiss edir”.
Xatırladaq ki, Fatimə Fətəliyevanın ötən gün səhhətində problem yarandığı ilə bağlı məlumatlar yayılıb - onun zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilib.