Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Rəqəmsal Dialoq” layihəsinə start verdi

İlk dəfə olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Rəqəmsal Dialoq” layihəsinə start verir.

Bu gün - 15 aprel saat 20:30-da nazirliyin “Facebook” səhifəsində “Rəqəmsal Dialoq” adlı yeni veriliş yayımlanacaq.

Verilişin məqsədi nazirliyin fəaliyyəti barədə ictimaiyyətə ətraflı məlumat vermək, vətəndaşların suallarını cavablandırmaqdır.

Hər ay canlı yayımlanacaq proqramın ilk qonağı nazirin müşaviri Rəşad Bayramov olacaq.

15.04.2022 12:53
1202