"Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsi 2009-cu ildə Milli Məclisə təqdim olundu. Ondan sonra müzakirə olundu və kənara atıldı. 2020-ci illərdən başlayaraq sözügedən qanun layihəsi üzərində iş başlandı. Hazırda hazır variantı əlimizdə var.
Musavat.com xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini Nadir Zeynalov “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda keçirilən Gənc Ailə Forumunda qanun layihəsinin qəbul olunmaması səbəblərinə aydınlıq gətirib.
"Reproduktiv sağlamlıq haqqında" qanunun müzakirəsinin uzun müddət almasının əsas səbəbi odur ki, bununla bağlı yeniliklərə cəmiyyətimiz o qədər də hazır deyil. Burada süni mayalanma, sperma donurluğu və bu kimi məsələlərdən söhbət gedir ki, bunlar da cəmiyyətdə çoxlu suallar doğurur, müəyyən müqavimətə səbəb olurdu. Lakin 2009-cu ildən bəri cəmiyyət böyük inkişaf yolu keçib. Hesab edirəm ki, artıq Milli Məclis üzvləri bu qanun layihəsinə baxıb, qəbul edəcəklər".
Afaq Mirayiq,
Musavat.com