Qaçmağa meylli olduğuna görə müstəntiqin qərarıyla qeper Qufa (əsl adı Aleksey Dolmatov) elektron qolbaq taxılıb və reper müvəqqəti olaraq reabilitasiya mərkəzinə yerləşdirilib.
Musavat.com Rusiya mediaslna istinadla xəbər verir ki, ağıllı qolbaq Dolmatovun hərəkətini Moskva bölgəsinə məhdudlaşdırıb.
Bir gün əvvəl Quf Moskva ətrafındakı hamamın yaxınlığında polisi vurduqdan sonra hadisə yerindən qaçıb. İstintaqın məlumatına görə, musiqiçi və onun dostu döyülən kişinin telefonunu əlindən alıblar. Reper özü iddia edib ki, polis əməkdaşından telefonu dostu alıb. Sənətçinin vəkilinin dediyinə görə, Quf və onun dostunun başqasının əmlakını oğurlamaq niyyəti olmayıb. İstintaq onların hər ikisinin istintaq təcridxanasına göndərilməsini istəsə də, məhkəmə şübhəliləri sərbəst buraxıb.
Musavat.com