Rəmişin evini 280 min manata kim satıb?

Xalq artisti, mərhum sənətkar Rəmişin (Rafiq Hüseynov) sağlığında yaşadığı evi satılıb.

Sənətkarın Yasamal rayonu Şərifzadə küçəsi, İnşaatçılar metrosu, "Ağ çiçəyim" şadlıq evinin yaxınlığında yerləşən 3 otaqlı mənzili 280 min manata satılıb.

Məsələ ilə bağlı mərhumun həyat yoldaşı Gülü ilə əlaqə saxlamağa çalışdıq. Lakin Gülü xanım danışmaq istəməyərək, telefonu qapadıb./Qaynarinfo

20.11.2023 17:40
3175