Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris, seçki kampaniyasında üç aydan az müddətdə 1 milyard dollardan çox pul toplayıb.
Musavat.com-un məlumatına görə, bu barədə "The New York Times" (NYT) üç mənbəyə istinadən yazır.
Nəşrin məlumatına görə, ABŞ tarixində heç bir prezidentliyə namizəd bu qədər qısa müddətdə belə bir məbləğ toplaya bilməyib.
Qəzetin qeyd etdiyi kimi, Harrisin topladığı məbləğ, onun Respublikaçı rəqibi Donald Trampın 2024-cü il ərzində toplaya bildiyi məbləğdən daha çoxdur. Rəsmi hesablamalara görə, Tramp təxminən 853 milyon dollar toplayıb.
Qəzetin yazdığına görə, Kamala Harrisin topladığı məbləğə onun kampaniyası üçün partiya komitələrindən, o cümlədən Demokratlar Partiyasının Milli Komitəsindən ayrılan vəsait daxildir. Bu vəsaitlər əsasən televiziya və onlayn reklamlara, habelə partiya ofislərinin və işçilərinin işinə sərf olunur.
Şahanə Rəhimli
Musavat.com