Reklam lövhəsini asmaq üçün çıxdıqları binanın 10-cu mərtəbəsindən yıxılaraq öldülər - VİDEO

Türkiyənin İzmir şəhərində reklam lövhəsini asmaq üçün binanın 10-cu mərtəbəsinə çıxan iki işçi faciəvi şəkildə ölüb. 

Musavat.com xəbər verir ki, hadisə zamanı kranın zənciri qırılıb və işçilər ağır yaralanıblar.

Xəstəxanaya çatdırılan işçiləri bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Hadisədə həyatını itirən şəxslərin 34 yaşlı Halil Gül və 35 yaşlı Hüsnü Akan olduğu açıqlanıb.

Faktla bağlı istintaq hələ də davam edir.

Musavat.com

18.01.2024 13:21
911