Reklam lövhələri başlarına bəla oldu

İstanbulda iki gənc polis tərəfindən nəzarətə götürülüb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb iki gəncin bəzi reklam lövhələrinə “Ey işğalçı, qonaq olmaq vaxtı bitdi. Getmək vaxtı gəldi, vətəninə dön” yazmaları olub.

Qeyd edək ki, bu kimi etiraz halları ilk dəfə deyil.

 

Musavat.com

01.09.2023 22:22
870