Kino tarixinin görkəmli rejissorlarından olan Devid Linçin səhhətində problem yaranıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ona amfizem (xroniki ağciyər xəstəliyi) diaqnozu qoyulub.
Aktyor bu barədə "Sight and Sound" jurnalına müsahibəsində bildirib:
"Uzun müddətdir ki, siqaret çəkməkdən amfizem xəstəsi oldum və buna görə istər-istəməz evdən çıxa bilmirəm".
Xatırladaq ki, Linçin son layihəsi 2017-ci ildə çəkilən "Twin Peaks: The Return"dü.