"Kilsə və ruhaniləri öz işləri ilə məşğul olmağa çağıranlar, sadəcə olaraq, bu işin nə qədər müxtəlif və əhatəli olduğunu bilmirlər".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan yazıb.
"Qarabağı (qondarma rejimi nəzərdə tutur - red.) dağıdan və Ermənistan Respublikasına fəlakət gətirən rejim arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatdan qorxur, çünki o, tarixə və inanclara əsaslanır. Hərəkat millidir, amma özləri antimillidirlər", - deyə sabiq nazir qeyd edib.
Sarkisyan kilsənin ermənilərə illərlə terror aşıladığını bu sözlərlə etiraf edir.
"Erməni xalqı minillik tarixi (? - red.) ərzində dövlətçilikdən məhrum edilərkən Erməni Apostol Kilsəsi erməni xalqının milli həyatını və yaşayış tərzini təmin edib. Monastır və kilsələrimiz məktəblərə və universitetlərə, xəstəxanalara və icma mərkəzlərinə, məhkəmələrə və mədəniyyət mərkəzlərinə çevrilib. Bu gün kilsə diasporadakı bu missiyanı yenə də yerinə yetirir, erməniləri assimilyasiyadan və kimliyini itirməkdən xilas edir", - Vigen Sarkisyan qeyd edib.
Musavat.com