İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında ölməsi xəbərindən sonra Tehran Birjası fəaliyyətini dayandırıb
Bu barə birjanın İdarə Heyətinin üzvü Reza Eyvazlu məlumat verib.
Onun sözlərinə görə, birja bazar ertəsi, mayın 20-dən başlayaraq yaxın günlərdə bağlı olacaq.
Xatırladaq ki, İran lideri İbrahim Rəisinin helikopterinin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.//Publika.az