İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın həyatını itirdiyi helikopterin ətrafında lentə alınan görüntü sui-qəsd iddialarını gündəmə gətirib.
Helikopter qəzası ilə bağlı gündəm yaradan iddia irəli sürülüb.
Helikopter qalıqlarının yerini müəyyən etmək üçün dron tərəfindən qeydə alınan görüntülərdə bir nəfərin qəzanın baş verdiyi ərazidən sürətlə uzaqlaşdığı görülüb.
Musavat.com xəbər verir ki, SEPAH-ın rus dilində yayınlanan Telegram kanalı prezident Rəisinin həlak olması ilə bağlı intiqam paylaşımı edib: "İntiqamın alınacaq, cənab Prezident".
Sepahın rus dilindəki Telegram kanalının yaydığı bu intiqam andı heyrət doğurur.
Çünki İran dövlətinin rəsmi açıqlamasına görə Rəisi və heyətinin (9 nəfər) həlak olma səbəbi pis hava şəraitində helikopterin qəza etməsidir.
Hələ hər hansı sui-qəsd, hücum, hansısa dövlət adı çəkilmədiyi halda, SEPAH nəyin qisasını kimdən alacaq sualı da maraq doğurur.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonaqlarımız millət vəkili Razi Nurullayev və AXP sədri Pənah Hüseyn olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.