Rəisinin helikopteri BU SƏBƏBDƏN qəzaya uğrayıb

İran prezidentini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı yekun hesabat açıqlanıb. 

Musavat.com TASNİM agentliyinə istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduğu helikopter qəzasının əsas səbəbi kimi bölgənin mürəkkəb iqlim və atmosfer şəraiti göstərilib.

Bu barədə helikopter qəzasının səbəblərini araşdıran Ali Komissiyanın yekun hesabatında məlumat dərc olunub.

Hesabatda deyilir ki, yaz aylarında, birdən-birə sıx duman kütləsi hündürlüyünə doğru yüksəlib və nəticədə helikopterə dağa çırpılıb. 

Musavat.com

01.09.2024 18:43
1746