Xəbər verdiyimiz kimi, helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin cənazəsi Təbrizdən doğulduğu Məşhəd şəhərinə göndəriləcək.
İbrahim Rəisinin cənazəsinin və tabutunun görüntüləri yayılıb.
Musavat.com xəbər verir ki, görüntüləri İranın “Tasnim” agentliyi yayıb.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.
Musavat.com