Rəisidən Paşinyana XƏBƏRDARLIQ: “AĞILLI OL, YOXSA...” - Kamran Həsənli CANLIda

İran Qafqaz regionu ilə kommunikasiya marşrutları və infrastrukturun açılması üçün istənilən addımları, eləcə də platformaları dəstəkləyir. Eyni zamanda, bütün ölkələrin milli suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmət etməklə, bunu sülhün möhkəmləndirilməsi, qonşularının maraqlarının təmin edilməsi istiqamətində atılmış təsirli addım kimi qiymətləndirir.

Bunu İran Prezidenti İbrahim Rəisi Ermənistanın Baş naziri Nikol Paşinyanla ötən gün baş tutan telefon danışığında bildirib.

Rəisi Qafqazı sülhə ehtiyacı olan mühüm region kimi xarakterizə edib:

“İranın Qafqazla bağlı xarici siyasəti müəyyən edilib. Qafqaz regionunun regiondankənar ölkələrin rəqabət meydanına çevrilməməsini və onun məsələlərinin kənar şəxslərin müdaxiləsi olmadan region ölkələri tərəfindən həllini təmin etmək lazımdır”. İran Prezidenti Tehranda “3+3” görüşünün uğurla keçirilməsini regional münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi, region ölkələri arasında bir-biri ilə münasibətlərin normallaşdırılması istiqamətində konstruktiv addım qiymətləndirib:

“Region ölkələrinin qarşılıqlı fayda və mənafelərini təmin etmək məqsədilə mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsi İranın əsas siyasətidir”.

Ukrayna müharibəsi, İrandan Paşinyana xəbərdarlıq, Rusiya sülhməramlıları ilə bağlı Rusiya rəsmilərindən gələn son açıqlamalar və yaxınlaşan təhlükə...

Bu gün saat 16.00-da aparıcı Kamran Həsənli ilə Kamranla 1 verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə blər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

21.12.2023 15:56
985