Rəisi vəzifədə ölən ikinci İran prezidenti oldu

İbrahim Rəisi vəzifədə ölən ikinci İran prezidenti kimi tarixə düşüb.

30 avqust 1981-ci ildə keçmiş prezident Məhəmməd Əli Rəcai və ozamankı Baş nazir Məhəmməd Cavad Bahonar "Mücahidin-e-Xalq" üzvləri tərəfindən Baş nazirin ofisinə yerləşdirdikləri bomba nəticəsində öldürülüb.

O, cəmi 28 gün prezident olub.

“Mücahidin-e-Xalq” mərkəzi qərargahı Albaniyada olan İran siyasi mühacirətinin ən böyük hərbi-siyasi təşkilatıdır. Təşkilatın məqsədi İranda mövcud rejimi devirməkdir. Rəhbəri isə Məryəm Rəcəvidir./Ölkə.Az/

20.05.2024 12:56
2415