Rəisi Moskvaya gedir 

İran prezidenti İbrahim Rəisi dekabrın 7-də İran nümayəndə heyətinin başında Moskvaya səfər edəcək.

Musavat.com xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq. Tərəflər iqtisadi sahədə əməkdaşlığı, həmçinin regional və beynəlxalq məsələləri, xüsusilə Fələstin məsələsini və Qəzza zolağında baş verən son hadisələri müzakirə etməyi planlaşdırırlar.

Musavat.com

05.12.2023 12:22
520