Referendumdan sonra Ukraynada xüsusi əməliyyat davam edəcəkmi? - Kremlin cavabı

Kreml yeni ərazilərin Rusiyaya birləşdirilməsindən sonra Ukraynadakı xüsusi əməliyyatın davam edib-etməyəcəyinə aydınlıq gətirib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Donetsk Xalq Respublikası”nın bütün ərazisini azad etmək lazımdır.

Kremlin sözçüsü ərazilərin birləşdirilməsindən sonra xüsusi hərbi əməliyyatın antiterror əməliyyatına çevrilib-çevrilməyəcəyi ilə bağlı suala isə belə cavab verib: "Bundan xəbərim yoxdur. Hər halda, bu, yalnız ölkə prezidentinin, Ali Baş Komandanın qərarı ola bilər".

Peskov hazırda keçirilmiş referendumlarla bağlı Putinin xalqa müraciət etməyi planlaşdırmadığını da söyləyib.

 

28.09.2022 16:31
1177