İki gün əvvəl reanimasiyaya yerləşdirilən bloger Asya Aslanovanın (AsyaFuad) son vəziyyəti açıqlanıb.
Blogerin vəziyyətinin pisləşib və o süni-tənəffüs aparatına qoşulub.
Bu barədə bloger Ramal İsayev məlumat verib:
"Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb. Aparata qoşublar".
Xatırladaq ki, dekabrın 16-da Bloger Asya Aslanova (AsyaFuad) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Blogerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o ağıl dişini çəkdirərkən narkozda olub və qanına infeskiya keçib.
Qaynarinfo