"Real"ın futbolçusuna qarşı irqçilik edən dörd nəfər SAXLANILDI

İspaniya polisi "Real"ın futbolçusu Vinisius Juniora qarşı irqçiliyə görə dörd nəfəri saxlayıb.

Bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

İstintaqın La Liqadan gələn şikayətlərdən sonra başladığı bildirilib. Saxlanılanlar sosial şəbəkələrdə braziliyalı oyunçunun ünvanına irqçi ifadələr işlədiblər.

Bu, "Kral klubu"nun "Atletiko" ilə heç-heçə etdiyi La Liqanın VIII turunun matçı (1:1) ərəfəsində yaşanıb. Azarkeşlərin davranışlarına görə "Atletiko"ya sanksiyalar da tətbiq edilib.//Report

24.10.2024 14:13
287