Rauf Arifoğlunun Xankəndinin mərkəzi və əsas küçələrindən VİDEOREPORTAJI

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Xankəndinin mərkəzi küçələrindən maraqlı reportaj edib.

Musavat.com xəbər verir ki, son günlərə qədər Xankəndidən canlı yayım verməyə icazə yox idi. Artıq bu qadağa götürülüb və ilk yayımlardan birini də Rauf Arifoğlu edib.

Onun sosial şəbəkə üzərindən canlı verdiyi görüntülərdən aydın olur ki, Xankəndi düşməndən geri qaytarıldıqdan sonra yenidən qurulub. Şəhərin küçələri abadlaşdırılıb, ermənilərdən qalma lazımsız və yöndəmsiz tikililər sökülüb, küçələrdə- Qarabağ Azərbaycandır! -yazılmış lövhələr qoyulub.

Məlumat üçün onu da bildirək ki, Şuşada II Qlobal Media Forumu keçirilir.

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən forumda 50-ə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu iştirak edir.

Azərbaycan və Türkiyə jurnalistləri Azərbaycanın Xankəndi şəhərində gecələyirlər.

Musavat.com sözügedən video-reportajı təqdim edir:




22.07.2024 09:24
2616