Rauf Arifoğlu ARB24-də COP29 və Prezident İlham Əliyevin Fransaya sərt mesajları barədə fikirlərini bölüşdü - VİDEO

Musavat.com xəbər verir ki, Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu ARB24-ün “İşgüzar Səhər” proqramında Çınarə Nurməmmədovanın suallarını cavablandırıb. Proqramda müzakirə olunan əsas mövzular sırasında Ermənistan rəsmilərinin COP29 zirvə toplantısında iştirak edib-etməməsi və bu qərarsızlığın səbəbləri geniş şəkildə analiz olunub.

Eyni zamanda, R.Arifoğlu Prezident İlham Əliyevin COP29 çərçivəsində dənizaşırı ölkələrə verdiyi mesajları şərh edib. Prezident Əliyev, Fransa və Niderlandın ekoloji siyasətləri və ada ölkələrinə siyasi təzyiqləri ilə bağlı sərt mövqe bildirib. Dövlət başçısı Fransa prezidenti Emmanuel Makronun siyasi ambisiyaları və həmin ölkələrin kiçik dövlətlər üzərində təsir qurma cəhdləri barədə açıq bəyanatlar verib. Prezident bu xalqların haqlarını qorumağın qlobal platformada Azərbaycanın vəzifəsi olduğunu vurğulayıb və bu çıxış iştirakçılar tərəfindən yüksək alqışla qarşılanıb.

Rauf Arifoğlu, İlham Əliyevin bu sərt və prinsipial mövqeyinin regionda və beynəlxalq arenada Azərbaycanın mövqeyini daha da gücləndirdiyini bildirib.

Musavat.com həmin verilişin lent yazısını təqdim edir.

Musavat.com

13.11.2024 13:40
337