Rasim Balayev əməliyyatdan sonra ilk dəfə - FOTOlar

Xalq artisti Rasim Balayev Çexiyaya istirahətə gedib.

Musavat.com moderator.az-a istinadən xəbər verir ki, O istirahətə yaxın dostu Səfər Əliyevlə yollanıb. Xalq artisti Praqa, müalicəvi suları ilə dünyada məşhur olan Karlovı Varı şəhərlərini gəzib. Aktyorun yanındakı əl ağacı da diqqət çəkib. Görünür sənətkarın əməliyyatdan sonra yeriməyində hələ də problemlər var.
 
Qeyd edək ki, xalq artisti bir müddət əvvəl ayağından əməliyyat olunduğunu açıqlayıb və səhhətinin yaxşı olduğunu bildirib.
 
Rasim Balayevin özəl fotolarını təqdim edirik:

 

31.07.2024 15:05
2044