"Range Rover"lə toy karvanında avtoşluq etdi

Goranboy rayonunda "Range Rover"lə toy karvanında sürətlə hərəkət edən sürücü saxlanılıb.

"Qaynarinfo"nun məlumatına görə, 1989-cu ildə Gəncə şəhərində doğulmuş Elçin (şərti) qohumunun toyunda iştirak etmək üçün Goranboya gedib. Toy karvanında yolun əks istiqamətinə çıxaraq, sürətlə hərəkət edib.

YPX əməkdaşları tərəfindən saxlanılan sürücü səs-küy salaraq, polisin qanuni tələbinə tabe olmayıb. O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Goranboy Rayon Məhkəməsinin qərarı ilə sürücü 200 manat cərimə edilib. İnzibati qaydada tutulmuş sürücü iclas zalından azad edilib.

14.06.2024 01:36
665