Ramiz Rövşənin səhhətində problem yarandı

Xalq şairi Ramiz Rövşənin səhhətində problem yaranıb.

R.Rövşən bu barədə "Qonaqcanlı" proqramına müsahibəsində deyib:

"Bir az ayağımdakı damarlarda problem var. Ona görə də çox çölə çıxa bilmirəm. Təhlükəli deyil, amma tədbirlərə getməyə, aktiv həyata mane olur. Amma yazmağa mane ola bilməz".  (Axşam.az)

22.05.2025 09:19
828