Mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruz əməliyyat olunub.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.
Şəfəq bildirib ki, uzun müddətdir başında ağrılar var və buna görə bıçaq altına yatıb:
"Sən demə, ölümə 1-2 addım yaxın imişəm. Beynimdən nə çıxdı. Ona görə gözlərim, üzüm şiş imiş. Ona görə gözlərim dartılmış görünürdü. Beynimdən çıxan iltihabdan sonra başağrılarım dayandı. Gözlərim yumrulandı, üzüm balacalaşdı. Ölümdən döndüm".