Aktyor oğlu Cavidan Novruz mərhum Xalq artisti Ramiz Novruzun ən böyük arzusunu açıqlayıb.
Musavat.com axşam.az-a istinadən xəbər verir ki, xəbər verir ki, o, bu haqda "Söhbət var" proqramında söz açıb. Cavidan atasının oynamaq arzusunda olduğu obrazı açıqlayıb:
"Ən böyük istədiyi rol Cəlil Məmmədquluzadənin əsərindəki Məmmədhəsən əmi obrazı idi. Deyirdi ki, bir imkan düşərdi bu obrazı canlandırardım".
Qeyd edək ki, R.Novruz ötən ilin fevralında uzun sürən xərçəng xəstəliyindən vəfat edib.