Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı Ali Məhkəməyə üz tutub

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva “Baku Oksford Məktəbi”nin müsadirəsi ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti verib.

“Report”un əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı qalan Kamilə Əliyeva Ali Məhkəmə müraciət edərək məktəb binasının yarısının pay sahibi olduğu və üzərinə qoyulan həbsin götürülməsi və hərracdan çıxarılmasını istəyib.

Onun kassasiya şikayəti icraata verilib. Şikayət hakim Teyyub Muxtarovun icraatına verilib. Kassasiya şikayətinə iyulun 23-də baxılacaq.

Kamilə Əliyeva Səbail rayon Məhkəməsinə müraciət edərək üzərinə qoyulan həbsin götürülməsi və hərracdan çıxarılmasını istəyib. Səbail rayon Məhkəməsi onun iddiasına təmin etməyib. Bakı Apellyasiya Məhkəməsində də sabiq aparat rəhbərinin qızının şikayəti təmin edilməyib.

09.05.2025 13:10
791