Ramil Səfərov vəziyyəti ağır olan meyxanaçıyla görüşdü - FOTO

Azərbaycan ordusunun zabiti Ramil Səfərov meyxanaçı Xəyyam Əhmədlini ziyarət edib.

Milli.Az xəbər verir ki, polkovnik-leytenant Səfərov tanınmış meyxanaçının evinə gedib. 

O, ağır xəstəlikdən əziyyət çəkən tanınmış meyxanaçıya dəstək olub. Onlar birliktə foto çəkdiriblər.

Xəyyamın ürəyində problem var. Onun qarnına su yığılıb və ürəyini yenidən əməliyyat etmək mümkün deyil. Sağalması üçün ona qiyməti 130 min dollar olan aparat lazımdır. X.Əhmədli 2018-ci ildə ürəyindən anju olunub.

Qeyd edək ki, Ramil Səfərov 2006-cı ildə Macarıstanda həbsdə olduğu zaman Xəyyam Əhmədli ona "Məmləkətim" adlı meyxana həsr etmişdi.

07.11.2024 16:34
1217