Ramid Namazov dövlətə qarşı saxta ittihamlara "The Economist"də cavab verib

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə, özünə indiyə qədər olduğundan daha çox beynəlxalq diqqət cəlb edir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Ramid Namazov "The Economist" jurnalında dövlətə qarşı saxta ittihamlara cavab verərkən deyib.

O qeyd edib ki, Azərbaycanın belə nəhəng bir tədbirdən əvvəl infrastrukturunu yeniləməsinin bir növ "Potemkin kəndi"nə bənzədilməsi gülüncdür.

"Əlbəttə ki, indiyə qədər COP sammitinə ev sahibliyi edən hər bir ölkə məhz eyni şeyi edib", - deputat bildirib.

2a717f26-708f-3637-89f5-42eec11c12c0.jpeg (226 KB)

"Bizim COP29-a ev sahibliyi etməyimiz planlaşdırılmamışdı. Bu, bizim təklifimizə veto qoyacağını açıq şəkildə elan etmiş Ermənistanla görünməmiş ikitərəfli sülh danışıqlarının gözlənilməz nəticəsi idi. Buna görə də biz Olimpiya atəşkəslərinə əsaslanan COP atəşkəsi çağırışı edirik. Dünyada baş verənləri nəzərə alsaq, bu, iddialı görünə bilər, lakin COP-a ev sahibliyimiz çoxlarının mümkün hesab etmədiyi bir razılaşma nəticəsində baş verdiyi üçün cəhd etməməyimiz düzgün olmazdı", - R.Namazov vurğulayıb.

Deputatın fikrincə, "The Economist" oxucuları bilməlidirlər ki, COP29-da söz və ifadə azadlığı təşviq ediləcək və tam şəkildə nümayiş etdiriləcək. Bu ruhda olmayan heç bir razılaşma bu ada layiq ola bilməz.

10.10.2024 20:09
438