Ramal vəfat edən atasından danışıb kövrəldi - VİDEO

Müğənni Ramal İsrafilov mərhum atası Əliyaqub İsrafilovdan danışıb kövrəlib.

Sənətçi bu haqda "Xəzər axşamı" proqramında danışıb.

Atasının arxiv görüntülərini görən Ramal bunları deyib:

"İnsanı xatirələr öldürür. Dünyaya gəlirsənsə, köçəcəksən. Evə gedəndə görmək istəyirəm, amma görmürsən. Elə atadan var idi? O qədər gözəl ata idi ki... İnsanın dəyərini bilmək lazımdır. Bəzən insanın əsəbi pozulanda sevdiklərinə aqresiv cavab verir. Atamı tez itirdik, amma nə yaxşı o, atam olub".

Yaradıcılığından danışan Ramal "Özümü ancaq özümə oxşadıram. Baxımlara, görüb götürmələrə açığam. Amma məndə olan fikirləri gündəmə gətirəndə həvəslənirəm. Özümə deyirəm ki, nə qədər istedadlısan. Son vaxtlar aranjimanlarımda, səhnə geyimlərimdə hazırlıqlar edirəm. Bəzən 3 gün oturub fikirləşirəm ki, bunu edim. Geyim, ayaqqabı, şalvar oturub düşünürəm" sözlərini əlavə edib. (Axşam.az)

21.09.2024 19:18
1952