Rafael Qrossi İrana gedəcək, nüvə məsələsi müzakirə olunacaq - AÇIQLAMA

"Qlobal nüvə məsələsi vacib mövzudur. Bu mövzunu Tehranda müzakirə edəcəyik. Tehranda prezident, xarici işlər naziri və digər rəsmi şəxslərlə görüşəcəyəm".

Bunu COP29-un ikinci günü jurnalistlərə açıqlamasında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Qrossi deyib. R.Qrossi qeyd edib ki, geosiyasət və iqlim dəyişikliyi bir-biri ilə sıx bağlıdır. "Təhlükəsizlik və enerji məsələsi əhəmiyyətli amilə çevrilib.

Bu məsələni ikinci plana ata bilmərik", - deyə Qrossi bildirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

12.11.2024 11:30
389