Rafael Qrossi ilə bağlı QƏRAR: 2027-ci ilə qədər...

Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) hazırkı Baş direktoru Rafael Qrossi vəzifəsini 2027-ci il dekabrın 2-dək davam etdirəcək.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qrossinin özü mətbuat konfransında deyib.

Onun namizədliyi təşkilatın 67-ci Baş Konfransının nümayəndələri tərəfindən təsdiqlənib.

O qeyd edib ki, son illər qlobal təhlükəsizlik ciddi problemlərlə, məsələn, koronavirus pandemiyası ilə üzləşib.

Baş direktorun sözlərinə görə, ilk dəfə olaraq nüvə proqramının təhlükəsizliyi və etibarlılığı ciddi təhlükə altında olub: "Bundan əlavə, dünya iqlim dəyişikliyindən, yoxsulluq, aclıq və ərzaq qıtlığından əziyyət çəkir".

O, 2019-cu il dekabrın 2-də AEBA-nın altıncı Baş direktoru kimi and içib.

25.09.2023 19:08
702