Rafael Dadaşovun qızı: "Atamdan icazəni məktubla alırdıq" - VİDEO

"Biz atamdan icazəni məktubla alırdıq. Yazırdım ki, ata olar həyətə çıxım?".

Bu sözləri "AStar" layihəsinə açıqlamasında mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova deyib.

O atasının sağlığında evdə ciddi qayda-qanunlar qoymasından bəhs edib. Səidə atasından həyətə düşəndə belə məktubla icazə aldığını bildirib:

"Məktubu yazıb stolun üstünə qoyurdum guya ki, çay süzürəm. Sonra görürüdüm məktubu gülə-gülə götürüb oxuyur. Məni çağırırdı. Yarım saatlıq icazə verirdi".

Xatırladaq ki, Xalq artisti Rafael Dadaşov 2020-ci ilin martında vəfat edib. O 2019-cu ilin dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib. Uzun müddət müalicə alsa da nəticəsi olmayıb və aktyor dünyasını dəyişib.

Ətraflı videoda:

BAKU.WS

14.12.2023 19:50
866