Quşla toqquşan təyyarə HAVADA ALIŞDI - VİDEO

Amerikanın "FedEx" kuryer şirkətinə məxsus təyyarə mühərrikdə yanğın səbəbindən Nyu-Cersidəki "Newark Liberty" hava limanına təcili eniş edib.

Musavat.com xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

"FedEx"dən bildirilib ki, Indianapolis şəhərinə uçuran təyyarə havaya qalxarkən quşla toqquşub.

ABŞ-ın Mülki Aviasiya İdarəsinin məlumatlarına görə, hadisə "Boeing 767" tipli təyyarədə baş verib.

Musavat.com

01.03.2025 20:52
2755