Qusarda qəbir daşlarını dağıdan şəxs saxlanılıb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında keçirilən tədbirlərlə Pərviz Eldarovu saxlayıblar.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a bildirilib ki, o, həmkəndilərinə məxsus qəbir daşlarını dağıdaraq yararsız hala salıb.

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

14.06.2024 02:06
604