Qusarda DƏHŞƏT: qəbirlər dağıdıldı, polis hərəkətə keçdi - VİDEO

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəbir daşlarını bilərəkdən dağıtmaqda şübhəli bilinən Pərviz Eldarova cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, o, tanıdığı şəxslərə məxsus qəbir daşlarını bilərəkdən dağıdaraq yararsız hala salıb.

18.06.2024 13:57
799