Qusarda 72 yaşlı kişi qolunu ülgüclə doğradı

Qusarda intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Ləgər kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1951-ci il təvəllüdlü Arif Əlimirzə oğlu Babayev yaşadığı evdə qolunu ülgüc ilə kəsərək intihar edib. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

24.08.2023 13:37
592