Qusar rayon sakini qətlə yetirilib.
"Report"un Şimal bürosunun məlumatına görə, rayon sakini 1981-ci il təvəllüdlü R.Əhmədovun meyiti tapılıb.
Meyitin üzərinə baxış keçirilən zaman onun odlu silahdan açılan atəş nəticəsində öldüyü məlum olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayət törədən şəxsin və ya şəxslərin axtarışları davam etdirilir.
Qeyd edək ki, R.Əhmədovun iki gün əvvəl evdən çıxaraq geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.