Qurban Yetirmişli bugünkü zəlzələ barədə: "Buna görə dağıntı baş vermədi"

"Qardaş ölkə Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələdən sonra vətəndaşlar daha çox narahat olurlar".

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün zəlzələ ilə bağlı keçirilən brifinqdə deyib:

"Nəzərinizə çatdırım ki, Türkiyədə baş verən zəlzələlərin dərinliyi 5-7-10 km aralığında idi. Bizdə isə zəlzələ 68 km dərinlikdə 51 saniyə baş verib. Buna görə dağıntı baş vermədi"./Sfera.az 

07.12.2023 13:33
1653