Qurban bayramı ilə bağlı əhaliyə MÜJDƏ

Qurban bayramı ilə əlaqədar bütün sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək.

Bu barədə Musavat.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, Qurban bayramı ilə əlaqədar qrafikdən əvvəl - iyunun 22-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Musavat.com

19.06.2023 10:03
8908