Qumdan Bakıya uzanan cinayətkar şəbəkədə kimlər var? Müdhiş gizlinlər, adlar... CANLI

Azərbaycanda İran Milli Bankının bağlanma ehtimalı ilə bağlı suala aydınlıq gətirilib. Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycan fəaliyyət göstərən İran bankının ( Bank Melli İranın Bakı Filialı) bağlanması ilə bağlı AMB-yə hər hansı müraciət daxil olmayıb. O bildirib ki, bank tərəfindən müraciət edilərsə onun müraciətinə baxıla bilər.

İran rejimi indi daha çox “Telegram” üzərindən təbliğat aparmağa, burada yaratdıqları qrupları böyüdərək, daha geniş auditoriyalara açılmağa çalışır.

Hazırda Azərbaycana qarşı təxribat xarakterli məlumatlar yayan, İran təxribatçıları tərəfindən idarə olunan azərbaycandilli “Telegram” kanallarının sayı 100-dən çoxdur.

İranın Qum şəhərindən idarə olunan departament Suriyadakı döyüşlərdə iştirak etmiş ekstremistlər - Orxan Məmmədovun başçılıq etdiyi “Hüseyniyyun Azərbaycan Araşdırma Mərkəzi”i, Musa Əsədzadə, Bəxtiyar Bayramov, Əli Qumi, Rəşid Hacıyev, Seyyid Mirağadadaş Ağayev və bu kimi təxribatçılar tərəfindən idarə olunur.

“Huseyniyyun” terror qruplaşmasının üzvlərinə Azərbaycan qanunvericiliyi ilə cinayət işi açılsa da, İran indiyə qədər özünün “təsir agentlərini” təhvil verməkdən imtina edir. Əksinə, onların Azərbaycana qarşı informasiya-təbliğat hücumlarını artırmalarına şərait yaradır.

TVMusavat-ın saat 16:00-da canlı efirində siyasi ekspert Elçin Xalidbəyli ilə gündəmi təhlil edirik. Müzakirədə tamaşaçılarımız da sual və rəyləri ilə iştirak edə bilərlər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Musavat.com

01.02.2023 15:42
1484